Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Azərbaycan karbamidinin ilk dəfə - Latın Amerikasına ixracına başlanılıb

Cümə günü Azərbaycan karbamidinin "SOCAR Carbamide" zavodundan dəmir yolu vasitəsilə böyük kisələrdə (big bag) daşınmasına başlanılıb.

Yenixeber.org: SOCAR-dan böyük kisələrdə olan karbomid "SOCAR Carbamide" zavodunda yük avtomobillərinin platformasına yüklənir və yarımvaqonlara yenidən yüklənməsi üçün H.Z.Tağıyev stansiyasına göndərilir.

"SOCAR Marketing və Operations" İdarəsi "Caspian EPC Company" şirkəti ilə birlikdə nəqledilmə layihəsinin ideya müəllifidir, eyni zamanda "SOCAR Carbamide" zavodundan H.Z.Tağıyev stansiyasına qədər logistik halqa proseslərini tənzimləyir və ona nəzarət edir.

1984 ton həcmindəki ilk karbamid partiyasının alıcısı qismində "Dreymoor Fertilizers Overseas PTE LTD" и "MADDOX Georgia LLC" tərəfdaşlığı çıxış edib.

Yükün Batumi limanına çatdırılacağı, oradan isə gəmi ilə Latın Amerikasına göndəriləcəyi də məlumdur.

Qeyd olunub ki, karbomidin "biq beq"lərlə nəqli layihəsində Azərbaycanda və Gürcüstan ərazisində nəqliyyat-ekspeditor xidmətləri göstərən "Global Terminals Corporation LLC" şirkəti və SOCAR ilə alıcılar arasında sorğu şirkəti olan SGS şirkəti iştirak edib. Yükün Azərbaycanın dəmir yolu ilə daşınmasının təşkilatçısı "ADY Express", Gürcüstan ərazisində isə "GR Logistics and Terminals" şirkətidir.

Xatırladaq ki, "SOCAR Carbamide" zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcək. "SOCAR Carbamide" zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir və onun ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam