Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda“RiskTech” forumu keçirilir

“Son illər görülmüş işlər nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin elektron qeydiyyatının ümumi qeydiyyatda xüsusi çəkisi 80%-ə çatıb”.

Yenixeber.org: Bunu Bakıda keçirilən "Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə edilməsi sahəsinə təsiri" mövzusunda forumda (“RiskTech”) Vergilər Nazirliyinin nümayəndəsi Lalə Hüseynova deyib.

Onun sözlərinə görə, buna səbəb hüquqi şəxslərin elektron qeydiyyatına lazım olan müddətin minimum həddə endirilməsidir: “Əvvəllər elektron qeydiyyat üçün 1 gün və 90 manat vəsait tələb olunurdusa, bu gün həmin müddət dəqiqələrə, məbləğ isə 0-a endirilib. Son nəticədə Dünya Bankının "Doing Business" hesabatında "Biznesə başlama" indikatoru üzrə Azərbaycan 190 ölkə arasında 9-cu yerdə qərarlaşıb".

Nazirlik rəsmisi qeyd edib ki, hazırda elektron qeydiyyat FİN kod və mobil nömrə əsasında həyata keçirilir: "Bu isə prosedurların asanlaşmasıdır. Elektron qeydiyyat zamanı şəhadətnamə notariuslar, “ASAN Xidmət” və digər orqanlara avtomatik şəkildə onlayn göndərilir".

Xatırladaq ki, "Report" İnformasiya Agentliyinin media tərəfdaşı olduğu “RiskTech” forumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "PAŞA Bank" ASC-nin sponsorluğu, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası”nın (ARPA) təşkilatçılığı ilə keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam