Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İran Azərbaycana ölkələr arasında -güzəştli ticarət üçün malların ...

Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələri daha da inkişaf etməyin vacibliyi vurğulanıb.

Yenixeber.org: Bu barədə Çindəki Şanxay Beynəlxalq Sərgisi çərçivəsində Baş nazir müavini Şahin Mustafayev ilə İran Sənaye, Mədənlər və Ticarət naziri Rza Rəhmani arasındakı görüş zamanı bildirilib. Görüşdə iki ölkə arasında ticarət əlaqələrin daha da genişlənməsi qeyd olunub.

Ş.Mustafayev iki ölkənin dəmir və avtomobil yolları şəbəkəsinin birləşməsi, sənaye, o cümlədən birgə istehsalat sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. 

İranlı nazir R.Rəhmani də ikitərəfli sazişlərin yerinə yetirməyindən danışarkən, iki ölkə arasında güzəştli ticarət sazişinə daxil edilə biləcək malların eyniləşdirilməsini təkli edib.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, bu ilin yanvar-sentyabr aylarında İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 390,7 mln dollar təşkil edib. Bu da ki, ötən iıin müvafiq dövrü ilə muqaisədə 45,4% artıb. Hesabat dövründə İranın Azərbaycana ixracı 362,9 mln dollar təşkil edib ki, bu da illik müqayisədə 46,3% çoxdur. Yanvar-sentyabr aylarında İran Azərbaycandan 27,7 mln dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə İranın Azərbaycandan idxalında 34,6% artım qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam