Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avro ölkəmizdə çökmək təhlükəsində

 

Bu gün Azərbaycanda avronun manata qarşı rəsmi məzənnnəsi təxminən 15 illik minimuma enib və 0,8897 manat təşkil edib.
"Xeberinfo.com":  Məlumata görə, 2002-ci il yanvarın 1-dən nağd dövriyyəyə buraxılan avronun keçən müddət ərzində analoji həddə, aşağı məzənnəsi 1999-cu ilin dekabr - 2000-ci ilin yanvar ayında qeydə alınıb.
Qeyd edək ki, həmin vaxt Azərbaycanda milli valyutanın denominasiyası hələ aparılmamışdır və o dövrün qiymət miqyasında həmin məzənnə 4 448,5 manat/avro təşkil edib.
Avronun Azərbaycanda ən yüksək rəsmi məzənnəsi isə 2008-ci il aprelin 23-də qeydə alınıb və 1,3235 manat olub.
Xatırladaq kı, avro rəsmən 1999-cu il yanvarın 1-dən dövriyyəyə buraxılıb və ilk 3 il ərzində yalnız nağdsız hesablaşmalarda istifadə olunub və 1979-1998-ci illərdə istifadə edilən ECU-nu (European Currency Unit - Avropa Valyuta Vahidi) əvəz edib (1:1 miqyasında).
Rəsmi statistikaya əsasən, hazırda nağd dövriyyədə 951 mlrd. avro həcmində vahid Avropa valyutası mövcuddur və bu göstəriciyə görə, avro hətta ABŞ dollarını qabaqlayır. 
Report.az 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam