Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Dünya Bankından Azərbaycana təklif

 

Dünya Bankı neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycana yeni iqtisadi modeli hazırlamaqda yardım etməyə hazırdır

"Xeberinfo.com":  Trend-ə istinadən məlumata görə, bunu bazar ertəsi bankın Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirilən IV Vergi Forumunda deyib.
Onun sözlərinə görə, bu şəraitdə ölkə yeni proqramlar və iqtisadi model hazırlamalıdır: "Bu baxımdan Dünya Bankı Azərbaycana yardım etməyə hazırdır".
Nümayəndəliyin rəhbəri, həmçinin Azərbaycanda nağdsız ödənişlərin səviyyəsinin artırılmasına diqqət çəkib: "Hazırda Azərbaycanda şirkətlərin yalnız 65 faizinin bank hesabı var ki, bu da problemdir".
Müqayisə üçün, digər ölkələrdə bu göstərici 85-88 faiz təşkil edir.
Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün zəruri tədbirlərin görülməli olduğunu vurğulayan L.Leşenko təəssüflə bildirib ki, ölkədə ödəniş kartlarının istifadəsi geniş yayılmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam