Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan və İran gömrükçüləri arasında -danışıqlar aparıldı

Azərbaycan və İran gömrükçüləri arasında danışıqlar aparıldı
Aprelin 27-də Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndə heyətləri arasında onlayn rejimdə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov rəhbərlik edib.
Yenixeber.org: Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, virtual görüşdə iki ölkə arasındakı gömrük-keçid buraxılış məntəqələrində yükdaşımaların koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar tətbiq edilən rejimə uyğunlaşdırılması, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin tənzimlənməsi, eləcə də bir sıra məsələlər müzakirə edilib.

Eyni zamanda, görüşdə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən Azərbaycan-İran birgə müəssisəsi “AzKron” MMC-nin fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə şirkətin ünvanına gələn malların daşınması zamanı yaranan texniki məsələlər müzakirə olunub və təkliflər səsləndirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam