Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Axtarışa verilən şəxsin Əli Həsənova və Abdin Fərzəliyevə hədiyyə etdiyi villa - FOTO

 

 

"Nərimanov rayonu, Murtuza Nağıyev və İsmayıl Hidayətzadə küçəsində yerləşən Şəkərbala uşaq bağçası ilə üzbəüz olan park zəbt edilib, xeyli sayda ağaclar kəsilib və orada 2 villa tikilib. Biri Nərimanovun icrabaşı Abdin Fərzəliyevə, digəri isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova məxsusdur".

Yenixeber.org: Bu barədə məlumatı jurnalist Həbib Müntəzir yayıb:

"Tikintiyə də Əli Həsənovun şöbəsinin işçisi olan, həm də Abdin Fərzəliyevin bacısının əri olan Nəsimi nəzarət edirdi. Hər ikisini də Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənov tikdirib və onlara hədiyyə edib. Evin sənədləri isə Əli Həsənovun oğlu Şamxalın adınadır. Ərazi 20 sotdur, özü də parkın içində qanunsuz tikilib. 4 mərtəbəli ağlaylı villadır. Hər iki villa sökülməlidir və park əvvəlki vəziyyətinə qayıtmalıdır.

Əli Həsənov demişdi ki, sübut eləsəm bağışlayacaq. Buyursun, inkar edə bilirsə etsin, yoxsa bağışlasın, burda da burcutmasın".

N.Həsənovun axtarışa verilməsi ilə bağlı məlumat yayılıb.

 Fotoları təqdim edirik:

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam