Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyənin şərqində “erməni dövləti” qurulacaqdı– Sensasion plan

 

FETÖ-çülərə qarşı mübarizəsi ilə tanınan keçmiş hərbi prokuror Əhməd Zəki Üçok, 15 iyulda Türkiyədə çevriliş cəhdinin baş tutacağı halda ölkəni gözləyən təhlükələrdən danışıb.

Yenixeber.org: Avropa.info xəbər verir ki, Uçok çevriliş cəhdinin uğurlu olacağı halda Türkiyənin parçalanacağı, qardaş ölkənin ərazisində erməni və kürd “dövlətlərinin” qurulacağını deyib.

“Çevriliş cəhdi baş tutsaydı Türkiyə yenidən ABŞ-ın əlaltısına çevriləcəkdi. Türkiyənin cənub -şərqində kürd, şərqində isə erməni “dövlətləri” qurulacaqdı. Türkiyə hissələrə parçalanacaqdı.Daha sonra, Türkiyədə böyük bir qırğın olacaqdı. FETÖ ölkədə özlərinə müxalif gördükləri hər kəsi mühakiməsiz öldürəcəkdi.

Çevrilişdən sonra Türkiyənin başına gətirəcəkləri yeni adam mütləq və mütləq kəşfiyyat təşkilatlarının əmrində olacaqdı.Türkiyə kəşfiyyat təşkilatlarının istədiyi bir şəkildə idarə ediləcəkdi. Adımız bəlkə də Türkiyə Cumhuriyyəti qalacaqdı, amma ölkə ABŞ-ın forpostu olacaqdı” deyə Uçok qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam