Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiya muzdlu ordusunu qırğına Kim aparıb...:İtkilər açıqlandı-334 nəfər

 

Rusiya Dövlət Dumasının keçmiş deputatı Viktor Alksins fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətində Amerika aviasiyasının endirdiyi zərbələr nəticəsində 334 rusiyalı muzdlunun həlak olduğunu açıqlayıb. O, “Dojd” telekanalının efirində bildirib ki, həmin rəqəm Suriyada döyüşənlərin ailələrindən alınan məlumatlara və son hadisələrin iştirakçıları ilə söhbətlərə əsaslanır.

Yenixeber.org: Alksinis deyib ki, həlak olanlardan 217-i beşinci hücum dəstəsinə, 10-u ikinci hücum dəstəsinə, 94-ü “Vesna” hücum dəstəsinə və qalan 13-ü artilleriya diviziyonunun tərkibinə daxil olub. Keçmiş deputatın sözlərinə görə, bu rəqəm hələ yekun deyil və arta bilər.

Alksinis deyib ki, fevralın 7-də Deyr əz-Zorda neft-qaz emalı zavoduna hücumda “Vaqnerin ordusu”nun muzdluları ilə yanaşı Müdafiə Nazirliyinin xüsusi əməliyyatlar Qüvvələrinin hərbçiləri də iştirak ediblər. Lakin xüsusi təyinatlıların arasında itkilər və yaralananlar haqda informasiya yoxdur.

Bu arada internet mənbələrində axtarışlar aparan beynəlxalq kəşfiyyat şəbəkəsi “İnformNapalm” Deyr əz-Zor vilayətinin Hişam rayonunda neft-qaz emalı zavoduna Rusiya muzdlularının darmadağın edilməsi ilə nəticələnən hücumu kimin təşkil etdiyini üzə çıxarıb. Qrup bildirir ki, bu hücumu hazırlayan və ona cavabdeh olan birinci şəxs 1978-ci il iyuln 23-də anadan olmuş Rusiya vətəndaşı, Sankt-Peterburqda qeydiyyatda olan Sergey Borisoviç Kimdir. Kim “Vaqner” özəl hərbi şirkətində qərargah rəisinin müavini-operativ şöbənin rəisidir.

Qrupda təmsil olunan jurnalistlər müəyyən ediblər ki, məhz Sergey Kim əməliyyatı planlaşdırıb və Suriyadakı Rusiya hərbi kontingentinin rəhbərliyi ilə koordinasiya edib, habelə amerikalıların xəbərdarlıqlarına məhəl qoymayıb. Bundan əvvəl Sergey Kim Donbassda “Vaqnerin ordusu”nun Ukrayna ordusuna qarşı hücumlarına rəhbərlik edib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam