Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azərişığ”- Bakı və Abşeronun bir hissəsini internetsiz qoyub

 
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev

"Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 11:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb. Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.

Yenixeber.org: Məsələ ilə bağlı açıqlama verən qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək. 

“Həmin ərazidə yerləşən avadanlığa texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - o deyib. 

Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. Fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam