Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

UNUTMAYAQ ŞƏHİDLƏRİ

 

 

 

 

 

 

 

UNUTMAYAQ ŞƏHİDLƏRİ

 

Qanla açıldı sabahların

Endiridi bayraqların.

Eşidildi “Zəninxarə”,

Gözlər ağlar yana – yana.

Qara geydi anaların,

Qatil olan yağıların

Sipər olub qarşısında,

Şəhid oldu balaların.

Millətimin var hünəri,

Unutmayaq şəhidləri.

 

İyirmi yanvar səhəri...

Səsinlə qaldır bəşəri.

Qırıb kölə zəncirini

İyirmi yanvar şəhidləri.

Vətən bizim, şəhid bizim,

Yazın qanlı səlnaməni.

Yada Salıb bu səhəri,

Unutmayaq şəhidləri!

 

Vətən üçün sən şəhid qoy,

Qana – qan qan de, cana can de,

Vətənim Azərbaycan de!

Öndəri var tikib – quran,

Sözü ötən öndə duran,

Ürəyidir xalqla vuran.

Millətini bilib – duyan...

Duyuq salar o bizləri,

Unutmayaq şəhidləri!

 

Qərənfilin qan ağladı,

Qız – gəlin qara bağladı,

Qəbirlər cüt qazıldı,

Qoşa qəbir bağladı,

And yeri İlham Fərizə.

Rəhmət deyək Leylimizə,

Yazılmayan dastan oldu,

Cüt açmışdı, cüt də soldu.

Millətimin var hünəri,

Unutmayaq şəhidləri!

 

Uğrunda ölən varsa, vətəndi

Ana torpaq, şəhidlərə kəfəndi.

Torpağında qərənfillər bitəndi...

Namusunu, qeyrətini çəkəndi.

Dərdimizdi Qarabağın qara dərdi,

Yürüşə hazır ol, Azərbaycan!

Ucalsın Türkün bayrağı,

Azad edək Qarabağı!

 

Silək bu ləkəni, bu dağı,

Təmizlənsin düşmən tapdağı!

Yola salıb fəsilləri, illəri,

Unutmaq olarmı heç ıəhidləri?!

 

 

      

 

 

  TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam