Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Şrek” cizgi filminin beşinci hissəsi çəkilir

“Şrek” cizgi filminin beşinci hissəsi çəkilir
Amerikanın DreamWorks Animation kinostudiyası “Şrek” cizgi filminin beşinci hissəsi üzərində işə başlayıb. Bu barədə Variety məlumat yayıb.
Yenixeber.org: Prodüser Kristofer Meledandri bildirib ki, hazırda təşkilat layihənin əvvəlki hissələrində əsas personajları səsləndirən aktyorlarla fəal danışıqlar aparır. “Şrek”i səsləndirən Mayk Mayers, Fionanı səsləndirən Kemeron Diaz və daha əvvəl “Eşşək”i səsləndirən Eddi Merfi ilə müzakirələr gedir.
“Biz heyətin geri dönəcəyini gözləyirik. Danışıqlar başlayır və indiyə qədər əldə etdiyimiz hər şey sənətçilərin böyük həvəslə qayıtmaq istədiklərini göstərir", - Meledandri bildiirb.
Filmin prodüseri əlavə edib ki, studiya həmçinin əsas personajlardan biri olan "Eşşək" obrazına həsr olunmuş spin-off yaratmağı da nəzərdən keçirir.
Yanvar ayında Eddi Merfi öz personajını yenidən səsləndirmək arzusunu bildirmişdi və həmçinin qeyd etmişdi ki, "Eşşək" obrazı ona həsr olunmuş ayrıca cizgi filminə layiqdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam