Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Anar Məmmədxanovun doğum günüdür-BU GÜN

Bu gün "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun doğum günüdür.

Yenixeber.org:  Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub.

Bakının 160 saylı orta məktəbini bitirib, 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.

Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub. O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci ildə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.

1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000) olub.

O, 2011-ci il aprelin 23-də 40 yaşında qəfil ürək tutması nəticəsində vəfat edib.

Bir oğlu və iki qızı qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam