Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ancelina Coli ilə Haluk Bilginer eyni filmdə

ancelina-coli-ile-haluk-bilginer-eyni-filmde

Türkiyənin “Emmi” mükafatlı aktyoru Haluk Bilginer və dünya şöhrətli aktrisa Ancelina Coli bir filmdə baş rolları canlandıracaqlar. 

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, onlar rejissor Pablo Larreynin çəkdiyi "Mariya" filmində baş rollarda oynayacaq.

Film yunanəsilli amerikalı sənətçi Mariya Kallasın həyatından bəhs edəcək. Belə ki, ekran işində Ancelina Mariyanı, Haluk Bilginer isə yunanıstanlı iş adamı Aristotel Onaszisi canlandıracaq.

Filmdə Mariyanın 1970-ci illərdə Parisdəki həyatından söz açılır. Aristotel Onaszis öldürülən ABŞ Prezidenti Con Kennedinin həyat yoldaşı Ceki Kennedi ilə evlənmək üçün Mariya Kallasdan ayrılır. Bu xəyanətdən sonra Kallas əvvəlcə İtaliyaya, sonra isə Fransaya köçür. Mariya Kallas 1977-ci ildə 52 yaşında ürəktutmasından vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam