Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Utanıb yerini bucaq bilirsən


Arzunun, istəyin bitdiyi yerdə;
 Kiməsə gərəksiz " qocalıq" durur.
Düşünub arasan xəyalən onu,
 Cavanlıq xisləti " xocalıq" durur!
*****
Özünü bir anlıq güclü sanarsan,
Vuraram, yıxaram ölü deyiləm.
Bəzəndə cavan tək sinə qabardıb,
Deyərsən: özüməm, çölü deyiləm...
*****
Sən qaba hərəkət gördüyün zaman,
O zaman deyərsən kimə gərəyəm.
Boylanıb arxana döndüyün zaman,
 Bölünsən deyərsən, neçə kərəyəm...
*****
Hökm edə bilmirsən, oğula, qıza,
Özünü elə bil uzaq bilirsən!
Dönürsən istidə əriyən buza,
Utanıb yerini bucaq bilirsən...
*****
 Bir sözlə qocalıq belə düşünsək:-
İnsanı niyə bəs abırdan salar?
Ölməmiş "qoca"lar yerini bilər,
Torpağın altında qəbirdə sanar...
*****
Qocalıb bilərsən qocalıq nədir,
Keçmişi düşünüb fikrə dalarsan.
Nisbəti taparsan " xoca" lıq nədir,
İçinə qor düşər odsuz yanarsan!...
*****
Qiymətin bilmirik ata, ananın,
Anlayıb bilirik "biz" qocalanda.
 Bəzəndə ağladıb cana yananı,
Yerini görərsən, boşda qalanda...
 
    Təranə Şəms. 8.12.2022

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam