Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Süni intellektlə seks kaseti hazırlanan müğənni səhnədə ağladı

 

Məşhur amerikalı reper Meqan Thee Stallion süni intellect vasitəsilə hazırlanmış seks kaseti qalmaqalına görə səhnədə ağlayıb.

Yenixeber.org-un xəbərinə görə, 29 yaşlı reper Meqan Thee Stallion konserti zamanı qəfildən səhnədə ağlamağa başlayıb.

“Qremmi” mükafatına layiq görülən reperin ağlamasını süni intellektlə onun haqqında hazırlanmış seks kasetləri ilə əlaqələndiriblər. Məşhur reper konserti olduğu gün sosial media hesabında süni intellektlə hazırlanan seks kasetləri ilə bağlı açıqlama verib.

Megan Thee Stallion görüntülərin saxta olduğunu vurğulayıb: “Bilin ki, bu gün mənimlə oyun oynadığınız son gündür, mən bu məsələdə ciddiyəm”.

Amerikalı müğənni bir müddət əvvəl keçmiş işçisi Emilio Qarsianın ittihamları ilə gündəmə gəlmişdi. Qarsiya aprel ayında müğənniyə qarşı qaldırdığı iddiada Megan Thee Stallionun qarşısında bir qadınla cinsi əlaqədə olduğunu və bu vəziyyətin ona narahatlıq, depressiya və stress yaşatdığını iddia etmişdi.

Reperin vəkili Aleks Spiro isə ittihamları rədd edərək, bu iddianın pul qazanmaq üçün açıldığını iddia edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam