Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir” -XƏBƏRDARLIQ/FOTO

 

Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır.

Yenixeber.org xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında yazıb.

O, xəbərdarlıq edib: “Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s.”

Emin Babayevin sözlərinə görə, həmin şəxs özü ilə Mirzə Babayevin şəklini gəzdirir: “Sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki Mirzə Babayeva oxşasın”.

O qeyd edib ki, babasının sonuncu qardaşı 11 il bundan əvvəl vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam