Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ukrayna "Eurovision-2016"nın qalibi oldu - VİDEO

İsveçin paytaxtı Stokholmun “Qlobe” arenasında keçirilən “Eurovision 2016” mahnı müsabiqəsinin finalı başa çatıb.

Xeberinfo.com:  Məlumata görə,  finalda Azərbaycan təmsilçisi Səmra Rəhimli dördüncü nömrə altında çıxış edib. Çıxışlardan sonra təmsilçilərə səs göndərmək üçün 15 dəqiqə vaxt ayrılıb. 


“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs veriblər. Daha sonra tamaşaçılara səs vermə imkanı verilib. Əvvəlcə hər bir ölkədən münsiflər heyətinin təqdim etdiyi on iki xalın sahibi açıqlanıb. Tamaşaçıların da səsvermə nəticələri əlavə olunduqdan sonra qalib müəyyənləşib.


Səsvermənin yekununda Ukrayna təmsilçisi 534 səs toplayaraq müsabiqənin birincisi olub. 511 səslə Avstraliya ikinci, Rusiya isə 490 səslə üçüncü yerləri tutublar. 

Azərbaycan təmsilçisi 117 səslə on yeddinci yerdə qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam