Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Kürdəmirdə “Fitnə” filminin nümayişi keçirilib - FOTOLAR

 

 

Bu gün Kürdəmir Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.

 Xeberinfo.com:  “Fitnə” filminin nümayişi ilə başlayan tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri, təhsil işçiləri, orta məktəblərin yuxarı sinif şagirdləri, dini icma sədrləri və gənclər  iştirak ediblər.

Çıxış edən natiqlər “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi,  ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin əhəmiyyəti diqqətə çatdırırlıb.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam