Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanlı rəssam Tolyattidə ustad dərsi keçəcək

Azərbaycanlı rəssam Tolyattidə ustad dərsi keçəcək

 

Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamov iyulun 20-də Tolyatti şəhərindəki emalatxanasında növbəti ustad dərsini keçəcək. Ustad dərsinin yay mövsümündə hər cümə axşamı keçirilməsi nəzərdə tutulur.

Yenixeber.org: AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı rəssam “facebook” səhifəsində bölüşüb. Ustad dərsi iştirakçılara yaradıcılıq prosesində texniki çətinliyi və psixoloji sərhədi dəf etməkdə faydalı ola bilər.

Bayram Salamov Şəkinin Qoxmuq kəndində dünyaya göz açıb. O, 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi keçirilib. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib. Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamları Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.

Xatırladaq ki, bu ilin aprel ayında azərbaycanlı rəssamın Tolyattidə “Bayramın karvanı” adlı fərdi sərgisi nümayiş etdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam