Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

3 ölkə məşhur azərbaycanlı partizan barədə film çəkəcək

3 ölkə məşhur azərbaycanlı partizan barədə film çəkəcək

 

İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun döyüş yolundan bəhs edən “Generalların önündə” adlı film çəkiləcək.

Azərbaycan, Rusiya və Fransa kinematoqrafçılarının müştərək işi olan filmin ssenari müəllifi Anar Ömərovdur.

Yenixeber.org xəbər verir ki, filmin çəkilişləri barədə AZƏRTAC-a məlumat verən ssenari müəllifi A.Ömərov ekran işi ilə əlaqədar Şəkidə əfsanəvi partizanın ev-muzeyinə gedərək qəhrəmanın oğlu ilə görüşüb və onun razılığını aldığını bildirib. Filmin ssenarisi real hadisələrə əsaslanır və partizanın müharibə illərindəki qəhrəmanlıq fəaliyyətini canlandıracaq.

Qeyd edək ki, Anar Ömərovun ssenari üzərində apardığı yaradıcılıq işi rusiyalı və fransalı həmkarları tərəfindən yüksək qiymətləndirilib.

Xatırlatmaq yerinə düşər ki, Xarko adı ilə tanınan azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılov Fransa müqavimət hərəkatının görkəmli nümayəndəsi, sonradan Fransa prezidenti olmuş general Şarl de Qollun yaxın dostu olub. O, Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə Xaçı”, “Hərbi Şücaət Xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam