Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Maşın şou"da Xatundan gözlənilməz qərar...- VİDEO

"Maşın şou"da Xatundan gözlənilməz qərar...

 

"ATV"-də "Xanımlar vs cənablar" devizi ilə yayımlanan "Maşın şou"nun növbəti buraxılışı başlayıb

 

Yenixeber.org: Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar Xatun Əliyevanı SMS səsverməsinə çıxarıblar. O deyib ki, əslində, bu gün kiminsə onu çıxarmasını istəyirdi. Lakin istəmədən səsverməyə çıxmağa məcbur olub. Xatun səs yığacağı təqdirdə şoudan kənarlaşdıracağı şəxsin adını açıqlamayıb. Sadəcə olaraq, 3-4 nəfər iştirakçının onun əsəblərini tarıma çəkdiyini bildirib.

Lakin şounun sonuna az qalmış Xatun rəqibinin kişi iştirakçılardan biri olduğunu, bununla belə, İlkin Misgərli və Talıb Talehə toxunmayacağını bildirib. İlqar Mikayıloğlu Xatunun hədəfinin Rauf, Elşad və özü olduğunu ehtimal edib.

Rauf isə Mehriban Xanlarovanı duelə çağırıb və onu əjdaha adlandırıb. “Sabah əjdahanın başını özüm kəsəcəm”, - deyə Rauf emosional şəkildə hədəfini açıqlayıb.

71 faizdən çox səs toplayan Xatun İlqar Mikayıloğlunu şoudan kənarlaşdırıb. "Çünki o, mənə dedi ki, məni çıxarsan, səndən inciməyəcəm. Ona görə mən onu şoudan çıxarıram və güclü rəqib hesab edirəm". Beləliklə, maşın İlqar üçün əldən getdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam