Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda beynəlxalq konfrans keçirilir– FOTO

Bakıda beynəlxalq konfrans keçirilir

 

Bu gün Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi olub

 

Yenixeber.org: Tədbirdə AMK-nın tələbə xoru, Əməkdar artistlər Təyyar Bayramov və Bəyimxanım Vəliyevanın ifasında “Leyli və Məcnun” operasından “Şəbi-hicran yanar canım” səslənib.

Konfrans rektor Siyavuş Kəriminin üç dildə (Azərbaycan, rus, ingilis) çıxışı ilə açıq elan edilib. Daha sonra konservatoriyanın prorektoru, professor Lalə Hüseynova məruzəsinə başlayıb.

Tədbirdə Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etno-musiqişünaslar, musiqi tədrisi üzrə mütəxəsislər, professorlar, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı baş tutub. Eyni zamanda, yerli və xarici musiqiçilərin konsert proqramı təqdim olunub.

Konfrans sabah da davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam