Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rəqsanə Cini məhkəməyə verir

Rəqsanə Cini məhkəməyə verir

 

Müğənni Rəqsanə İsmayılova onun mahnılarını oxuyan sənətçiləri məhkəməyə verəcək

 

Yenixeber.org: Sənətçi bu haqda İnstaqramda canlı yayıma girərkən deyib. O bildirib ki, mahnılarını oxuyanlar ondan icazə almırlar:

"Çıxıb dədələrinin mahnısı kimi oxuyurlar. Heç olmasa, adama zəng vurub icazə alsınlar. Moskvada olsam belə nömrələrim açıqdır. Heç olmasa efirdə oxuyanda desinlər ki, Rəqsanənin mahnısıdır.

Cini də məhkəməyə verəcəm. Oxumasınlar mahnımı. 

Vasif Məhərrəmli və Xatirənin xətrini sevirəm. O gün Zaur Kamalın verilişində qonaq olanda Cin oxuyur. Vasif qayıdır ki, bu mahnı partladacaq. Ay Vasif, mən o mahnını illər əvvəl oxuyub partlatmışam. 

O vaxt mən oxuyanda deyirlər ki, bu nədi? Dayanacaq, avtobus mahnıları oxuyur".

Qeyd edək ki, Cin ATV-nin Yeni il çəkilişində "Bivəfa" mahnısını oxumuşdu. Ondan sonra sənətçi həmin bəstəni repertuarına daxil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam