Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Fəxri ad alan müğənni:Məni qürurlandırdı - Foto

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə saat öncə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə incəsənət işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsinə qərar verib. Bu gün bu siyahıda öz adımı görmək məni qürurlandırdı


Yenixeber.org:  Bu sözləri İnstaqram səhifəsində ölkə başçısı İlham Əliyevin sərəncamı əsasında “Əməkdar artist” adı qazanan müğənni Miri Yusif yazıb.
“20 il öncə başladığım musiqi fəaliyyətimin son 10 ilini solo fəaliyyətə həsr etmişəm. Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə məni bu fəxri ada layiq gördüyünə görə dərin təşəkkür edirəm! Daha sonra öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi bu ad da onlara məxsusdur”, - müğənni bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam