Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əməkdar artist xərçəng xəstəliyinə tutulub

 

Əməkdar artist xərçəng xəstəliyinə tutulub
“Toppuş bacı” obrazı ilə tanınan əməkdar artist Tünzalə Əliyevə xərçəng xəstəliyinə tutulub.
Yenixeber.org: Bu barədə Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov sosial şəbəkədəki hesabında məlumat yayıb.

Hacı Nuran sevilən aktrisa haqqında yazıb: “Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən...Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da... Amma burda bir dərman da var: İnam! İnanırsan ki, sən mütləq keçəcəksən. Məhz bu inam imtahanda adama həyan olur, yardım edir. Məni yaşadan daim inam olub. Mən bu gün hansı xəstəyə baş çəkirəmsə, ona inam arzu edirəm. Ona "Allah şəfa versin” deyib, ən xoş arzularımı diləyirəm. Məgər məni bu günə qədər yaşadan sizin arzu və dualarınız deyilmi?!

Gəlin, hamılıqla ağır xərçəng xəstəliyinə düçar olan, yataqda şəfa inamı ilə yaşayan, cəmi 45 yaşı (15.02.1973) olan gözəl insan, "Toppuş bacı” obrazını canlandıran təkrar olunmaz aktrisa, Azərbaycanın əməkdar artisti Tünzalə Əliyevaya dua edək və ona kömək edək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam