Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Flora Kərimova bu müğənniyə görə özündən çıxdı: “Təpik atıb, ayaq...” - Video

 “Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın”.

Yenixeber.org: Bu sözləri xalq artisti Flora Kərimova instaqram səhifəsində yazıb.

Son zamanlar sosial şəbəkələrdə tənqid olunan, özünü müğənni kimi təqdim edən Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin qəzəlini hind musiqisi ilə sintez etməsi və bayağı şəkildə ifası Kərimovanı özündən çıxarıb:

“Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz.

Buna heç kimin ixtiyarı yoxdur! Dinləyicilərə isə bir tövsiyəm var: Övladlarım, pis mahnıya 2-ci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam