Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Çölçü” beynəlxalq festivalda mükafat aldı

 

Filmin rejissoru Şamil Əliyevdir

Yenixeber.org: “Çölçü” filmi “L’Age d’Or International Arthouse” Film Festivalının bu ilin yanvar ayı üçün “Ən yaxşı bədii film” (“Çölçü”), “Ən yaxşı rejissor” (Şamil Əliyev), “Ən yaxşı aktrisa” (Salome Demuria), “Ən yaxşı ikinci plan aktyoru” (Vidadi Həsənov) mükafatlarına layiq görülüb.

 

AzNews.az-ın məlumatına gör, film bu mükafatlara layiq görülməklə eyni zamanda, “Pıgeon D’or Awards” mükafatının nominantı da elan olunub.

 

Bu mükafat bu ilin oktyabrında Hindistanın Kolkata şəhərində təqdim olunacaq.

 

“Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 43 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb.

 

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam