Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Vaqif Mustafayev “Space”i məhv edir”- Taleh Yüzbəyov - VİDEO

 

 

Aktyor Taleh Yüzbəyov “Youtube”da yayımlanan “Əyrixətt” layihəsinin qonağı olub. 

Yenixeber.org:  Taleh Yüzbəyov sualları cavablandırarkən rejissor Vaqif Mustafayev haqda da danışıb və onun “Space” TV-dəki fəaliyyətinə toxunub.  

Taleh Yüzbəyov bildirib ki, Vaqif Mustafayevin yeri “Space” deyil:

“Aktyoru səhnədən başqa hər şey məhv edir. Nəinki aktyorları, həmçinin rejissorları da. Məsələn, görürsən ki, böyük rejissordur, kanal rəhbəri olur, oranı məhv edir. Vaqif Mustafayev mənim üçün Azərbaycan rejissorları arasında pikdir, zirvədə olan insandır. “Space” kanalında isə Vaqif müəllim bir o qədər də xidmət göstərə bilmir. Mənim onun haqda danışmağım bir az pis çıxır. “Space” kanalı hazırda ən yaxşı kanallarımızdan deyil. Bu da Vaqif Mustafayevin idarəçilik dövrünə düşür. Aktyorun, rejissorun yeri kabinet deyil. Sən yaradıcı insansansa, öz işinlə məşğul olsan daha faydalı olar. Bəlkə də insanları məhv etmək üçün onlara vəzifə vermək lazımdır”.

Sözügedən kadrlara videonun 10:40-cı dəqiqəsindən etibarən baxmaq olar:

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam