Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mədəniyyət Nazirliyi:"Qrifonlu ev"in söküləcəyi ilə bağlı yayılan xəbərlər..."

"Bakıdakı "Qrifonlu ev" kimi tanınan tarixi binanın sökülməsi ilə bağlı yayılan xəbərlər şayiədir".

Yenixeber.org: Bunu açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O bildirib ki, bina yerli əhəmiyyətli tarixi abidədir: “Abidənin təmir olunması üçün layihə Mədəniyyət Nazirliyinə təqdim olunub. Abiədədə təmir-bərpa işləri həyata keçiriləcək, onun sökülməsindən söhbət gedə bilməz”.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində binanın söküləcəyi iddia olunub.

Bina memar İ.V.Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilib. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi yerləşib. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayıb.

Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq sonradan səfirlik başqa yerə köçürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam