Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sabah Musa Yaquba - "Xalq şairi" fəxri adı təqdim olunacaq

Tanınmış şair Musa Yaqub və Vahid Əzizə "Xalq şairi" fəxri adları sabah - sentyabrın 5-də təqdim olunacaq.

Yenixeber.org:  Bunu açıqlamasında M.Yaqub özü deyib. 

O bildirib ki, fəxri adın təqdim olunması üçün sentyabrın 5-də Mədəniyyət Nazirliyinə dəvət edilib: "Rayonda olduğuma görə bu gün keçirilən təqdimata çatdıra bilmədim".

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Sentyabrın 4-də isə ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilən Ramiz Rövşənə “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda isə “Xalq yazıçısı” fəxri adları, Roza Cəlilovaya “Şöhrət” ordeni təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam