Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan “Avroviziya-2020” hazırlıqlarına -start verdi - VİDEO

 

Azərbaycan may ayının 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək 65-ci “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində 13-cü dəfə iştirak edəcək.

Yenixeber.org: İctimai Televiziyanın (İTV) rəsmi “Facebook” hesabında “Avroviziya” müsabiqəsinə gedəcək müğənni seçiminə və mahnı qəbuluna start verildiyi barədə məlumat yerləşdirilib.

Azərbaycanı təmsil edəcək mahnının seçimləri fevralın 7-nə kimi davam edəcək. Avropa Yayım Birliyi (EBU) tərəfindən irəli sürülən qaydaya əsasən, müəlliflər “mp3” formatında üç dəqiqədən çox olmayan mahnıları İTV-yə təqdim etməlidirlər.

Bu il Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyevadır.

Ötən illərdə olduğu kimi bu il də seçim turu İTV-də qapalı keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edəcək namizədin kimliyi isə fevral ayında açıqlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam