Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

64 il əvvəl Azərbaycanda eşidilən tarixi sözlər -Video

Bu gün Azərbaycanda ilk televiziyanın yaradılmasından 64 il ötür.

Yenixeber.org: 1956-cı il fevralın 14-də Azərbaycanda ilk televiziya – Bakı televiziya studiyası (indiki AzTV) fəaliyyətə başlayıb. Bu, həm də Şərqdə ilk televiziya idi.

Məhz həmin gün Azərbaycan insanı günə görkəmli aktrisa Nəcibə Məlikovanın “Göstərir Bakı!” kəlməsi ilə başlayıb. N.Məlikova çıxışında tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Daha sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Lakin texniki səhvlər ucbatından film səssiz yayımlanıb.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1957-ci ildən həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artdı.

70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı.

2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

  •  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam