Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Kişi müğənnilər yanlarında toya apardıqları qadın müğənniləri satırlar" -  İddia

"Kişi müğənnilər yanlarında toya apardıqları qadın müğənniləri satırlar" - İddia

Bu yaxınlarda Əməkdar artist, xanəndə Sevinc Sarıyevanın verilişlərin birində dediyi sözlər qalmaqala səbəb olub. Onun "kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar" sözləri bəzi həmkarları tərəfindən tənqid edilib.

Yenixeber.org: Xanəndə ictimaiyyətdə ajiotaj yaradan sözlərin sonuna qədər arxasında olduğunu bildirib.

"İnandırım sizi, o açıqlamadan sonra mənə gələn zənglərin ardı-arası kəsilmədi. Bu açıqlamama görə xalq artistlərindən tutmuş əməkdar artistlərə qədər o qədər üstümə gələnlər oldu ki. Biri dedi, "sizə yaraşdırmadım", digəri irad tutdu. Ancaq təşəkkür edənlər də çox oldu.

Mən heç vaxt belə açıqlamalar etməmişəm. Hər zaman başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Ancaq yayda gördüyüm bir səhnə məni dəhşətə gətirdi, dilə gəldim. Elə istəyirdim, imkan olsun, mən sözümü çatdırım.

Həmin gün o verilişdə qadın müğənnilərin toya geyindikləri açıq-saçıq libaslar müzakirə olunurdu. Mən də canlı efirə qoşularaq fikirlərimi bildirdim. Dedim ki, həmin qadınların o günə düşməsinin günahkarı 80 faiz kişi ifaçılarıdır. Dediyim sözlərin də sonuna qədər arxasındayam", - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam