Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Damla nə oxuyur bilinmir, buna görə adamı söyərlər e...” - Əli Mirəliyev müğənniləri “yıxıb-sürüdü”...”

 

“Bunlar oxuyanda sözləri başa düşmürsən, bilmirsən nə oxuyurlar. Axı belə olmaz, toyda getsinlər istədikləri mahnını oxusunlar, amma efirdə Ələkbər Tağıyevdən, Xan əmidən  oxumaq lazımdır”
Yenixeber.org: Bunu müğənni Əli Mirəliyev deyib. 
Ə.Mirəliyev efir qadağası qoyulan müğənniləri ifalarına görə “topa tutub”:
“Azərbaycan musiqisini oxumayan, toy bazarını efirə gətirən müğənnilərə qadağa qoyulmasına ehtiyac var idi, bunu düz elədilər. Amma təkcə bununla iş bitmir, bizim digər kanallarımızda da belə qadağalar həyata keçirilməlidir. Bunları oxuyanda sözləri başa düşmürsən, bilmirsən nə oxuyurlar. Axı belə olmaz, toyda getsinlər istədikləri mahnını oxusunlar, amma efirdə Ələkbər Tağıyevdən, Xan əmidən  oxumaq lazımdır. 
Картинки по запросу
Məsələn, Damla nə oxuyur bilinmir, buna görə adamı söyərlər e. Bu gün Azərbaycan musiqisini ayaqlayıblar. Düzdü, muğam sənətimiz inkişaf edir, buna böyük diqqət və qayğı var, amma mahnı janrı bərbad vəziyyətdədir. Xalqın musiqisi xalqın kimliyini, adət-ənənəsini təmsil edir. Bizim o qədər tanınmış bəstəkarlarımızın əsərləri var, niyə bunların üstündən xətt çəkib bayağı mahnılar ifa edirlər. Bunların ifası da, danışıqları da bərbaddı. Bizim keçmiş diktorlarımızın danışıqlarına baxıb öyrənsinlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam