Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Roman Hüseynov:"Növbəti mövsüm "Kəpəz" üçün daha uğurlu olacaq" - MÜSAHİBƏ

 

 

 "Kəpəz" futbol komandasının futbolçusu Roman Hüseynov Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Qəbələ"yə 0:3 hesablı məğlubiyyətdən sonra "Report"un suallarını cavablandırıb

 

Yenixeber.org: Müsahibəni təqdim edirik:

- Müqavilə ilə "Qəbələ"yə məxsus olsanız da, bu gün doğma kluba qarşı oynayırdınız.

- "Qəbələ" güclü futbolçulardan formalaşmış komandadır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı ki, müqavilə ilə məxsus olduğum komandaya qarşı forma geyinə bilməməyimlə bağlı şərt yoxdur.

- Oyunun əvvəlində "Kəpəz" heç də pis təsir bağışlamırdı.

- Elədir ki, var. Həqiqətən də yaxşı başlamışdıq. Sadəcə, ardını gətirə bilmədik. Qolları qapımıza öz səhvlərimiz üzündən buraxdıq.

- Növbəti mövsüm vəziyyəti düzəltmək üçün nələr edilməlidir?

- Təcrübəli baş məşqçimiz var. Nəyin necə edilməyini o, daha yaxşı bilir. Sadəcə, komandamızın tərkibi yenidir, heyət yeni yığılıb və buna görə də müəyyən vaxta ehtiyacımız var. İnanıram ki, növbəti mövsüm "Kəpəz" üçün daha uğurlu olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam