Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tərtərin cəbhəyanı kəndlərində ikinci humanitar atəşkəsin ilk günü-FOTOLAR

 

                                                    Həsənqaya

Yenixeber.org: Tərtərin cəbhə xəttinə yaxın yerləşən Həsənqaya kəndində məskunlaşan Əfqan Həsənov deyir ki, oktyabrın 18-də cəbhə xəttində humanitar atəşkəs elan olunsa da, Ermənistan Silahlı Qüvvələri buna əməl etməyib. O, gecəni kənddə keçirib və hadisənin bilavasitə şahididir. Onun evi oktyabrın 10-da elan olunmuş ilk humanitar atəşkəs zamanı xəsarət alıb.

                                                 Şıxarx

Oktyabrın 18-də sonra Tərtərin Şıxarx qəsəbəsinin bəzi sakinləri mülkiyyətlərinə dəymiş ziyanla tanış olmaq üçün kəndlərinə geri dönüblər. Şıxarx kəndi sentyabrın 27-dən atəşə tutulub. Oktyabrın 10-da elan olunmuş ilk humanitar atəşkəs zamanı da Ermənistan Silahlı Qüvvələri kəndi atəş altında saxlayıb. Aqil Xıdırovun və onun qohumunun evi və əşyaları atəş nəticəsində yararsız hala düşüb.

Şıxarx kənd sakini Akif Əhmədov isə sentyabrın 27-dən kəndi tərk etmədiyini deyir. Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nəticəsində evinin bir hissəsi dağılıb, meyvə ağacları qırılıb, arıçılıq təsərrüfatına ziyan dəyib.

Tərtər rayon İcra Hakimiyyətinin məlumatına görə, 27 sentyabrdan ikinci dəfə humanitar atəşkəs elan olunan günədək rayonun 36 yaşayış məntəqəsinə 13136 mərmi düşüb. 118 ev tamamilə dağılıb, 646 ev, 8 istehsalat obyekti, 44 ticarət obyekti, 18 inzibati bina, 50 yardımçı tikili, 19 sosial obyekt və 64 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tamamilə dağılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam