Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Humanitar atəşkəs”in ikinci günü Ağdam rayonu atəşə tutulub-FOTOLAR

 

 

 

Ermənistanla Azərbaycan arasında oktyabrın 18-də elan edilmiş humanitar atəşkəs rejimi növbəti dəfə pozulub.

Yenixeber.org: Ermənistan Silahlı Qüvvələri oktyabrın 19-da, günorta saat 12 radələrində Ağdamın Qaradağlı kəndindəki yaşayış evlərini və əkin sahələrini atəşə tutub. Oktyabrın 18-də və 19-da bir neçə mərmi Natiq Qarayevin yaşadığı evin həyətinə və ona yaxın əkin sahələrinə düşüb.

Natiq Qarayev Ağdam rayonunun Novruzlu kəndindəndir. Kəndləri işğal olunduğuna görə 1993-cü ildən Qaradağlı kəndində məskunlaşıb. “Bir neçə saat öncə kəndə 10 mərmi atıldı, 4 mərmi sahəyə, bir mərmi isə evimin həyətinə düşdü. İki gün öncə həyətimə düşən mərmidən biri partlamayıb, yerin dərinliyinə saplanıb”, – deyə N.Qarayev söyləyir. O, bir neçə gün öncə ailəsini kənddən çıxarıb, xəsarət alan yoxdur.

 

Azər Bayramov da əslən Novruzlu kəndindədir. O da Qaradağlı kəndində məskunlaşıb. Oktyabrın 18-də onun həyətinə bir neçə mərmi düşüb. Həyətyanı sahə dağılıb, meyvə ağacları qırlıb, mal-qarası, toyuq-cücəsi tələf olub. O da ailəsini günlər öncə kənddən çıxarmağa müvəffəq olub. Oktyabrın 4-də isə həyətinə düşmüş mərmi evinə ziyan vurub.

Seymur Kazımov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam