Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bəzi xarici universitetlərin diplomları niyə tanınmır? -RƏSMİ

Bəzi xarici universitetlərin diplomları niyə tanınmır? -   RƏSMİ
Xarici diplomların tanınması barədə mənfi qərarların səbəbləri açıqlanıb.
Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında aşağıda qeyd edilən iki göstərici üstünlük təşkil edib:

1. Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması;

2. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması.

Qeyd edək ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.

Həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam