Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

 Sadıq Sadıqovun 17 min manatlıq hesabatı – 6 manatlıq şirkətlə müqavilə

 

 Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) “Yelload” MMC ilə maliyyə dəyəri 17 464 AZN olan müqavilə bağlayıb. 

Yenixeber.org: Müqavilədə MİDA-nın 5 illik fəaliyyətini əhatə edən hesabatların hazırlanması xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Yelload” MMC 15 may 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mikrorayon, ev 11, mənzil 96-da yerləşir. MMC-nin qanuni təmsilçisi Nəcəfov Azər Radin oğludur. 

“Yelload” MMC-nin 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin qanuni təmsilçisinə gəlincə, məlum olur ki, o, Azərbaycan Dövlət Reklamçılar Agentliyi yanında İctimai Şuranın üzvlüyünə namizəd olub. Şuraya seçkilər 19 mart 2021-ci ildə keçirilib. Lakin nəticələr barədə məlumat açıqlanmayıb.

MİDA Azərbaycan Prezidentinin “dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən yaradılıb. Qurumun İdarə Heyətinin sədri Sadıq Sadıqovdur.(hit.az)

VÜQAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam