Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yevlax MERO-sunda rüşvət faktı – VİDEO

Yevlax MERO-sunda rüşvət faktı – Video

BDYPİ-də rüşvətin ən çox tüğyan etdiyi sahə dövlət nömrə nişanlarını və sürücülük vəsiqələrini verən orqanlarıdır.

Yenixeber.org: BDYPİ-də baş verən qanunsuzluqlarla bağlı dəfələrlə məlumatlar verilib və həmişə də qurumun neqtiv fəaliyyətini obyektiv olaraq işıqlandırmışıq. Bu gün də 7 saylı Yevlax Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində baş verən rüşvətxorluq və qanunsuzluqlar barədə məlumat daxil olub.

İddia olunur kı, Yevlax Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunan polis polkovnik leytenantı Cavanaşir Vəliyev texniki baxışın qiymətini iki dəfə qaldırıb…

Bu barədə mediaxeberleri.az-a məlumat verən Ucar sakini bildirib ki, Cavanşir Vəliyev avtomobillərin texniki baxış rüsumunu 85 manata qaldırıb. Dövlət rüsumu 30.40 qəpik olan texniki baxışın bu qədər qaldırılmasının səbəbi yeni təyin olunan rəisin tapşırığı ilə həyata keçirilir.

Bu yaxınlarda sosial şəbəkələrdə Yevlax Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsində baş verən rüşvət qalmaqalının görüntüləri yayılmışdı. Bundan narahat olan “MERO” işçiləri həmin görüntüləri sosial şəbəkələrdən sildirməyə nail olmuşdular.

Qeyd edək ki, bu vəzifəyə qədər o, 9 saylı Gəncə Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam