Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nəsimi icra başçısı Asif Əsgərov camaatı evindən zorla çıxarır –VİDEO

Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyəti pilot layihələrin icrası zamanı vətəndaşlara qarşı zor tətbiq etməklə onları evlərindən çıxarır.
Yenixeber.org: Nəsimi İH başçısı Asif Əsgərov mülkiyyət sahiblərini evlərindən məcburi çıxarmaqla gərginlik yaradır.
Görüntülərdən də aydın olur ki, Nəsimi İH-nin nümayəndələri vətəndaşa qarşı nəinki təzyiq göstərir, hətta ərazidə olan polisə onu tutub aparmağı əmr edir.
Deyəsən, icra nümayəndəsi öz səlahiyyətlərini unudub və polisə belə bir təlimat vermək ixtiyarı olmadığını bilmir.
Vətəndaş heç bir qanun pozmayıbsa, cinayət törətməyibsə, sadəcə, evinin sökülməsinə etiraz edirsə, buna görə kimisə saxlayıb polis idarəsinə aparmırlar.
Üstəlik, bunu ayırd etmək də polisin işidir və kadrlardan da göründüyü kimi, Nəsimi İH vəzifəlisinin göstərişinə məhəl qoyulmur.
Amma icra başçısının adamları özlərini tamamilə qoluzorlu quldur dəstəsi kimi aparırlar və insanları incitməklə məşğuldurlar.
Bu da vətəndaşları dövlətdən narazı salmaqdır. Qeyd edək ki, Nəsimi rayonu ərazisində pilot layihələrin 80 faizinə icra başçısı A.Əsgərov özü şərikdir. Ona görə də evlərin sökülüb yerində yenilərinin tikilməsində maraqlıdır. Çünki bu layihələrdən qazanc əldə edir.(Reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam