Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda mənzillərə istilik niyə tam verilmir? -AÇIQLAMA

Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA

Bakının bəzi hissələrində istiliklə bağlı hələ də problemlər davam edir.

Yenixeber.org: Bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev problemlərin müxtəlif səbəblərdən qaynaqlandığını və fərdi yanaşılmalı olduğunu deyib.

"Bizim bütün qazanxanalarımız işləyir. Magistral və məhlədaxili xətlərdə problem yoxdur. Məntəqələr tam işlək vəziyyətdədir. Düzdür, lokal xarakterli bəzi yerlərdə qısamüddətli fasilə ola bilər. Bu, istisna deyil. Amma müraciətlərə fərdi yanaşmaq lazımdır" - deyə qurum rəsmisi bildirib.

O qeyd edib ki, müraciətlər araşdırılarkən problemlərin binanın daxilində olduğu müəyyən edilir.

"Bloklarda, mənzillərdə, binaların zirzəmisində müəyyən problemlər çıxır. Məsələn, ötən il mərkəzi istilikdən istifadə edən, bu il istifadə etməyə və ya təmir zamanı vintili bağlamış ola bilər. Həmçinin axırıncı mərtəbələrdə borulardan havanı buraxmaq lazımdır, amma görürsən ki, vətəndaş kombi çəkib və xətti ləğv edərək, hava çıxmağa yer qoymayıb. Belə olanda əməkdaşlarımız boruların zirzəmidəki hissələrində havanı çıxarırlar ki, dövriyyə normal tənzimlənsin. Dediyim kimi, qazanxanalarda heç bir problem yoxdur", - qurum rəsmisi əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam