Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“HARADAN UÇAQ? QANAD ÇIXARDIB, QANADLA UÇAQ?” -Parlamentdə müzakirə

“Bizdə təyyarə biletləri çox bahadır”.

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

“Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq? Region ölkələri ilə müqayisədə Azərbaycanda təyyarə biletləri bir neçə dəfə bahadır. Naxçıvana biletlərin qiyməti artdı. Yanacağın dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. 

Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı oturtmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda oturtdular. İndi ər-arvad gedəndə onlar yanaşı oturtmaq üçün pul alacaqlar? Söz deyəndə, deyirlər ki, kommersiyadır, istəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Bizim başqa şirkətimiz var? Bu nə biabırçılıqdır? Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Dünyaya, regiona, xalqın şəraitinə baxsınlar”, - deyə deputat bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam