Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Suriyalı gözəl qızlar 11 minə...– İddia

 

 

Suriyalı uşaqlar 5-6 min, daha gözəlləri isə 11 min lirəyə satılır.

Yenixeber.org:Bu iddia ilə Böyük Britaniyada nəşr edilən “Tayms” qəzeti çıxış edib.

Qəzet iddia edir ki, Qazientepedə suriyalı uşaqları 5-6 min lirəyə, daha gözəllərini isə 11 min lirəyə satın alan yaşlı türk kişiləri onlarla evlənirlər.

Qəzetin əməkdaşı Louise Callaghan Qazientepədən yazdığı yazıda bildirib ki, 18 yaşından kiçik suriyalı qızlar ailələrindən satın alınır. Əlavə edilib ki, satın alınan qızlarla evlənən kişilər qısa müddətdən sonra onları boşayırlar.

Xəbərdə Türkiyə ərazisində 3 milyona yaxın suriyalı qaçqının olduğu bildirilir. Qəzet əlavə edib ki, qızların satılması haqda informasiyanı Əbu Cəfər adlı şəxsdən alıb. Yazl müəllifi bildirib ki, Türkiyədə çoxarvadlıq qanunla qadağandır və bu səbəbdən azyaşlı qızlarla evlənmə gizli şəkildə həyata keçirilir.(Teleqraf.com)


 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam