Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

300-dən çox müəssisə ləğv edildi-yüzlərlə insan işsiz qalacaq

300-dən çox müəssisə ləğv edildi-

 

Təhsil Naziri Mikayıl Cabbarov nazirlik tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması barədə əmr imzalayıb.

Yenixeber.org: Məlumata görə, nazirin 233 saylı əmrinə əsasən 300-dən artıq məktəbdənkənar müəssisə ləğv olunub və onların birləşdirilməsi nəticəsində 130-a yaxın yeni müəssisə yaradılıb. Birləşmə nəticəsində kütləvi ixtisarların aparılması gözlənilir. Bu gün bir sıra müəssisələrdə müəssisə rəhbərləri iclas keçirərək nazirin müvafiq əmrini işçilərin diqqətinə çatdırıb və onlara könüllü şəkildə işdən çıxmaları ilə bağlı ərizə yazdırıblar.

Ləğv olunan müəssisələrdən birindən saytımıza daxil olan məlumata görə, işçilərin bəziləri işdən çıxarılma haqqında ərizə yazmaq istəmədiklərini, çünki yeni yaradılan müəssisədə bir sıra ştat yerlərinin ləğv olunması səbəbindən işsiz qalacaqlarını düşünüblər. Lakin müəssisə rəhbəri onlara ərizə yazmayan şəxslərin xüsusi qərarla birdəfəlik işdən cıxarılması barədə nazirlikdən tapşırıq aldıqlarını bildirib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam