Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanda alkoqolizmdən əziyyət çəkən qadınların sayı açıqlandı

 

Azərbaycanda alkoqolizmdən əziyyət çəkən qadınların sayı açıqlandı

 

 

“21909 nəfər xəstə alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır”. 

Yenixeber.org: Bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova deyib.

O bildirib ki, qeydiyyatda olan xəstələrdən 651 nəfəri qadındır: “Xüsusən, 30-35 yaşdan yuxarı olan şəxslər alkoqolizmdən əziyyət çəkir. 2016-cı ildə alkoqol asılılığı nəticəsində 551 nəfər qeydiyyata götürülüb ki, onlardan da 28 nəfəri qadın olub”.

Alkoqolizmin narkoloji xəstəlik hesab olunduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xroniki residivləşən, yəni təkrar yaranma ehtimalı olan xəstəliklər qrupuna aid edilir: “Alkoqolizm narkomaniyadan fərqli olaraq, bir qədər gecikmiş yaşlarda özünü göstərir. Alkoqolizm xəstəliyinin birbaşa ölümə səbəb olma riski isə çox aşağıdır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam