Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Yollardakı problemlər nə vaxt həll olunacaq?- AÇIQLAMA

Yollardakı problemlər nə vaxt həll olunacaq?

 

Son günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla (yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlar yayılır

 

Yenixeber.org: Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında deyib:

“Rəsmi olaraq bildirmək istəyirik ki, yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur.

Əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa bu işlər aparılır. Əgər sözügedən qurumlar orada hər-hansı bir işin aparılmasının zərurəti olmadığı barədə “Azəravtoyol” ASC-ə məlumat verirlərsə, o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır”.

Qurum rəsmisi əlavə edib ki, istənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər-hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam