Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Abunəçidən şikayət:“Azərcell” pulumu oğurlayıb

Abunəçidən şikayət:

 

Mobil operatordan telefonunuza gələn mesajları təsdiq etməyin. Çünki balansınızdan kontur çıxıla bilər

 

 Yenixeber.org: “Azercell” istifadəçilərindən bir nəfər bildirilir ki, “505152” nömrəsindən gələn zəngdən sonra mobil operator onun balansındakı pulu silib.

Məsələ ilə bağlı “Azercell” ilə əlaqə saxladıq. Bildirildi ki, qeyd olunan abunəçi ötən ayın 19-da pullu xidmətə qoşulub. Xidmətlə bağlı telefonuna gələn mesajı təsdiq etdiyinə görə birbaşa abunə olub. Abunəlikdən çıxmaq üçün “Azercell” ilə əlaqə saxlamalıdır.

Qeyd edək ki, bu, mobil operatorun tələsi sayılır. Abunəçiyə göndərilən qısa mesaja cavab verilərkən avtomatik pullu xidmətə qoşulur. Bu isə balansdan müəyyən vəsaitin çıxılmasıdır.

Ekspertlər hansı operator istifadəçisi olmağınızdan asılı olmayaraq, mobil operatordan göndərilən hər mesajı təsdiq etməməyi məsləhət görür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam