Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Kür çayının səviyyəsi 80 sm azaldı

Kür çayının səviyyəsi 80 sm azaldı

 

 

Çaylarda sululuq qış dövrünün normasından yuxarıdır. Lakin buna baxmayaraq, Kür çayının Mingəçevir su anbarından keçən aşağı hissələrində suyun səviyyəsi ötən illə müqayisədə 70-80 santimetr azdır

 

Yenixeber.org: Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

“Kür çayının səviyyəsinin azalması qış fəslinə xasdır. Buna səbəb Kür çayına tökülən çaylarda suyun az olmasıdır. Çünki dağlıq ərazilərə yağıntı qar şəklində düşür. Gursululuq dövrü martın sonu aprelin əvvəli başlayacaq. Gursululuğu tədqiq etmək üçün Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 28 marşrut üzrə qarölçmə işləri aparılacaq, qarda olan su ehtiyatı müəyyən ediləcək. Nəticədə yaz-yay gursululuq dövrü məlum olacaq”, - deyə A.Verdiyev bildirib.

Baş hidroloq çaylarda suyun səviyyəsinin artıb-azalması ilə əlaqədar lazımi tədbirlərin görüldüyünü də qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam